Saloglu üçün rebrending

portfolio-img

Təsvir

Saloglu Azərbaycanın ən qədim və ən böyük mebel şirkətlərindən biridir. Şirkət öz istehsalı və brendləri ilə yanaşı, tanınmış beynəlxalq mebel brendlərinin rəsmi distribyutoru kimi də fəaliyyət göstərir və geniş çeşiddə mebel və interyer həlləri təqdim edir.

Biz şirkətin rebrendinq prosesi çərçivəsində Saloglu loqosunu tamamilə yenidən işlədik. Mövcud loqo brendin tanınanlığını və formalaşmış xarakterini qorumaqla daha müasir və aktual vizual formata uyğunlaşdırıldı. Yeni loqo dizaynı Saloglu-nun vizual imicini yeniləyərək onu şirkətin müasir mövqeyinə və gələcək inkişaf istiqamətinə daha uyğun hala gətirdi.